DÜNYA
Misir kompensasiya ödənilməsinin mümkünlüyünü inkar edib
Praqa, 11 avqust, AZƏRTAC
Misir hökuməti Xurqadada otelin qonaqlarına hücum edilərkən ağır yaralanmış və sonradan vəfat etmiş Çexiya vətəndaşının ailəsinə maliyyə kompensasiyası ödənilməsinə etiraz edir.
AZƏRTAC bildirir ki, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralyokun fikrincə, Misir tərəfi presedent yaranmasından ehtiyat edir. Çexiya XİN rəhbəri vurğulayıb: “Bununla belə, onlar həlak olanların qohumlarının ünvanına bir jest etmək istəyirlər. Bu jestin nədən ibarət olacağı yalnız onlardan asılıdır”.
Xatırladaq ki, iyulun 14-də əlində bıçaq olan bir kişi Xurqadada ictimai çimərliyin ərazisindən sahil boyunca oteldəki çimərliyə gəlib buradakı turistlərə hücum edib. Sonradan məlum olub ki, həmin şəxs “İslam dövləti” terrorçu qruplaşmanın tərəfdarı imiş.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]