MƏDƏNİYYƏT
Misir mədəniyyətini əks etdirən kitablar Azərbaycan Milli Kitabxanasına təqdim edilib
Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 8-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri, doktor Əhməd Sami Elaydy M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovla görüşüb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasındakı qarşılıqlı mədəni əlaqələrindən, Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanasının uzun illər davam edən səmərəli əməkdaşlığından söhbət açılıb və bu əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Sonda Əhməd Sami Elaydy ərəb dilində müxtəlif mövzularda olan beş minə yaxın kitabın elektron versiyasını və Misir mədəniyyətini əks etdirən kitabları Azərbaycan Milli Kitabxanasına təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]
“Supermen” filmindən ilk kadr yayımlanıb
- 07.05.2024 [11:28]
“Dəli yığıncağı” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində
- 07.05.2024 [11:25]
Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür
- 07.05.2024 [10:55]
Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür
- 07.05.2024 [10:54]