DÜNYA


Misir məhkəməsi baş prokurorun qətli işi üzrə 28 nəfər barəsində ölüm hökmü çıxarıb

Bakı, 22 iyul, AZƏRTAC

Misir paytaxtının cinayət məhkəməsi ölkənin baş prokuroru Hişam Bərəkətin qətlə yetirilməsi üzrə cinayət işində ittiham olunan 28 nəfəri dar ağacından asılma yolu ilə edam cəzasına məhkum edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qətlin təşkilində və cinayətdə bilavasitə iştirak etməkdə ittiham olunan 67 nəfərdən 16-sı hazırda axtarışdadır. Onların böyük əksəriyyəti ölkədə qadağan edilən və terror təşkilatları sırasına salınan “Müsəlman qardaşları” hərəkatına mənsubdur. Misir ərazisində digər terror aktları törətmək məqsədilə HAMAS təşkilatı ilə əməkdaşlıq işi də ittihamlar arasında yer alır.

Xatırladaq ki, Misirin baş prokuroru 2015-ci il iyunun 22-də Qahirədə qətlə yetirilib. Dayanacaqda saxlanılan maşında yerləşdirilən partladıcı qurğu onun avtomobilinin keçdiyi an işə salınıb. Hişam Bərəkət ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun üzərində bir neçə cərrahiyyə əməliyyatı aparan həkimlər prokurorun həyatını xilas edə bilməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.