SİYASƏT
Misir mətbuatı Azərbaycan-Ermənistan sərhədindəki gərginlik barədə məlumat yayıb
Qahirə, 26 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə nazirliyinin mətbuat xidmətinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu sahəsində mövqelərimizin müxtəlif silahlardan intensiv atəşə tutulması və düşmənin cavab atəşi ilə susdurularaq hərəkət cəhdlərinin qarşısının alınması, ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur olması və düşmənin təxribatlarının qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlunun şəhid olması ilə bağlı yaydığı xəbər ölkəmizin Misirdəki səfirliyinin vasitəsilə bu ölkənin Yaxın Şərq Xəbərlər Agentliyində və ən çox oxunan internet qəzeti “Əl-Yaum Əs-Sabi”də işıqlandırılıb.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:http://www.mena.org.eg/ar/news/dbcall/table/textnews/id/3041177, http://www.youm7.com/story/2015/7/25/
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə