SİYASƏT
Misir mətbuatı Ermənistana məxsus iki pilotsuz uçan aparatın məhv edilməsi barədə yazır
İyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçan aparatın (PUA) bölmələrimizin sayıqlığı sayəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilməsi barədə informasiya Misirin Yaxın Şərq Xəbərlər Agentliyi tərəfindən yayılıb.
Həmin informasiya Misirin digər nüfuzlu qəzetlərinin (“Əl-Cumhuriyyə”, “Əl-Vətən”, “Dustur” və s.) internet saytlarında da yerləşdirilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə