SİYASƏT


Misir mətbuatı Metsamor AES-in yaratdığı təhlükələr barədə yazır

A+ A

Qahirə, 3 avqust, АZƏRTAC

Misirin “Yaşasın Misir” qəzeti, “Asiyaelyoum” agentliyi, “Elaph” internet qəzeti Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının Qafqaz regionu, habelə bütün dünya üçün təhlükə mənbəyi olması barədə məqalə yayıb. Məqalədə Metsamor AES-in yaratdığı təhlükələr, son zamanlar nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması ilə bağlı faktlar diqqətə çatdırılır.

Məqalədə müasir dövrdə atom elektrik stansiyalarının beynəlxalq təhlükəsizlik qarşısında duran əsas problemlərdən biri olduğu, nüvə terrorçuluğunun beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi təhdidlər yaratdığı, nüvə enerjisi məsələsinin daha çox nüvə qəzaları ilə gündəmə gəlməkdə olduğu qeyd edilir.

XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunan Çernobıl fəlakətinə, 2011-ci il martın 11-də Yaponiyada baş vermiş şiddətli zəlzələ nəticəsində “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən sızmaya toxunularaq, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının dünyadakı ən təhlükəli stansiyalardan biri olduğu diqqətə çatdırılır, onun tarixindən, törətdiyi fəsadlardan, region və dünya üçün ciddi təhlükə olmasından bəhs edilir.

Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərq ilə Qərb arasında siyasi-iqtisadi baxımdan önəmli dəhlizin təhlükəsizliyi məsələsinin Qərb dövlətlərini də narahat etməli olduğunu bildirən müəllif region dövlətlərindən birində baş verən hər hansı bir fəlakətin bu və ya digər dərəcədə bölgənin digər dövlətlərinə də təsir göstərəcəyini qeyd edir. Digər tərəfdən, Metsamorun köhnə olması, müasir AES-lərdən geridə qalması vurğulanaraq, Ermənistanın 35 yaşlı reaktorunun regionu hansı miqyasda təhlükə ilə üz-üzə qoyduğu təkcə region dövlətlərini deyil, beynəlxalq aləmi də düşündürməli olduğu diqqətə çatdırılır.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.