DÜNYA


Misir rəsmiləri ölkədəki hərbi bazaların icarəyə verilməsi ilə bağlı xəbərləri təkzib edib

Qahirə, 10 oktyabr, АZƏRTAC

Misir Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi Alə Yusef bir sıra kütləvi informasiya vasitələrində Rusiyanın Misir ərazisində bəzi hərbi obyektləri, o cümlədən Sidi-Barrani şəhərindəki hərbi-hava bazasını guya icarəyə götürməsinin mümkünlüyünü nəzərdən keçirməsi barədə məlumatları təkzib edib. Bu barədə Misirin “Al-Youm 7” xəbər portalı məlumat yayıb.

Alə Yusef deyib: “Bu söhbətlərin heç bir əsası yoxdur. Misirin möhkəm mövqeyi ölkə ərazisində xarici hərbi bazaların yaradılmasını rədd edir”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.