CƏMİYYƏT


Misir rəsmilərinə Azərbaycan həqiqətləri barədə məlumat verilib

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Misir Qadınlar Milli Şurasının vitse-prezidenti, nazir müavini Mona Omarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Milli Məclisin deputatı Qənirə Paşayeva Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən danışıb. O bildirib ki, bir milyon azərbaycanlı, eləcə də yüz minlərlə azərbaycanlı qadın Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Dünyanın hansı hissəsində yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu vəhşiliklərə, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının hüquqlarının Ermənistan tərəfindən pozulmasına laqeyd qalmamalı, buna qarşı etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Deputat nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər təqdim edib.

Görüşdə Azərbaycanın Misirlə əməkdaşlığın inkişafına önəm verdiyi bildirilib, əlaqələrin daha da genişlənməsinin əhəmiyyəti vurğulanıb.

Milli Məclisin deputatı Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər haqqında da danışıb.

Misirin də Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini deyən Qadınlar Milli Şurasının vitse-prezidenti, nazir müavini Mona Omar münasibətlərin daha sürətlə inkişaf edəcəyinə əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.