DÜNYA


Misir: sabiq prezidentin polis tərəfindən saxlanılan qohumları sərbəst buraxılıb

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

Misirin sabiq prezident Məhəmməd Mursinin bazar günü polis tərəfindən saxlanılmış qohumları azadlığa buraxılıb. Bu barədə Veto nəşri məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki,

hüquq-mühafizə orqanlarındakı mənbə Məhəmməd Mursinin qardaşı, 55 yaşlı Səidin və 14 yaşlı qohumu İbrahimin sənədləri yoxlandıqdan sonra buraxıldıqlarını bildirib. Belə ki, onların tutulmasına əsas olmayıb.

Bir qədər əvvəl Misir KİV-lərində sabiq prezidentin qohumlarının kütləvi etirazlara çağırışlarda və iğtişaşlara təhrikdə şübhəli bilinərək həbs olunduqlarına dair xəbərlər yayılmışdı .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.