DÜNYA


Misir terrorizmə qarşı mübarizədə Rusiyanın hava-desant qoşunlarının təcrübəsindən istifadə edir

A+ A

Qahirə, 21 oktyabr, AZƏRTAC

Misir hərbçiləri terrorizmə qarşı mübarizədə Rusiyanın hava-desant qoşunlarının zəngin təcrübəsindən istifadə edirlər.

Bu məlumatı yerli KİV-lər Misir Müdafiə Nazirliyinin döyüş hazırlığı departamentinin rəhbəri, general Əhməd Vəsfiyə istinadla yayıblar. Onun sözlərinə görə, Rusiya-Misir birgə təlimləri və iki dövlətin silahlı qüvvələri arasında təcrübə mübadiləsi bütün dünyanı təhdid edən beynəlxalq terrorizmə qarşı uğurlu mübarizə aparmaq baxımından çox vacibdir. Əhməd Vəsfi xüsusilə vurğulayıb ki, Misirin müasir texnikası var, lakin əsas məsələ şəxsi heyət və hər bir hərbi qulluqçunun döyüş hazırlığıdır.

Xatırladaq ki, oktyabrın 15-dən Misirin İsgəndəriyyə şəhərində hava-desant qoşunlarının iştirakı ilə “Dostluğun müdafiəçiləri – 2016” adlı birgə beynəlxalq antiterror təlimləri keçirilir. Təlimlər oktyabrın 26-dək davam edəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.