DÜNYA
Misir təyyarəsini qaçıran şəxs daha beş girovu azad edib [YENİLƏNİB] VİDEO
Misirin “Egypt Air” aviakompaniyasına məxsus A-320 təyyarəsini qaçıran şəxs daha beş nəfəri azad edib.
Bu barədə AFP agentliyi məlumat yayıb. Kipr prezidenti insidentin terror aktı olmadığını bildirib.
Yunanıstanın Sky telekanalının verdiyi məlumata görə, təyyarəni qaçıran İbrahim Samaha adlı şəxs siyasi sığınacaq tələb edib.
11:34
Bu gün səhər naməlum şəxslər tərəfindən qaçırılan Misirin “Egypt Air” aviakompaniyasına məxsus A320 təyyarəsinin heyət üzvləri və beş nəfər xarici ölkə vətəndaşı istisna olmaqla, bütün sərnişinləri azad edilib.
Xarici KİV-lərin yaydığı məlumata görə, təyyarəni qaçıran şəxslər bu addımı danışıqlardan sonra atıblar. Onlar polis qüvvələrinin hava limanından uzaqlaşdırılmasını tələb ediblər. Təyyarənin Misir vətəndaşı İbrahim Samaha tərəfindən qaçırıldığı bildirilir.
11:06
Bakı, 29 mart, AZƏRTAC
Naməlum şəxslər tərəfindən qaçırılan Misirin “Egypt Air” aviakompaniyasına məxsus A-320 təyyarəsi Kiprin Larnaki aeroportuna enib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, “Egypt Air” aviakompaniyası MS181 reysi ilə uçan təyyarənin qaçırılması faktını təsdiqləyib.
İsgəndəriyyə - Qahirə marşrutu ilə uçan təyyarənin göyərtəsində 51 sərnişinin və 7 ekipaj üzvünün olduğu bildirilir.