İDMAN


Misir yığması futzal üzrə dünya çempionatında növbəti sensasiyanı gerçəkləşdirib

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC 

Kolumbiyanın ev sahibliyi etdiyi futzal üzrə dünya çempionatında bütün dörddəbir final cütlərinin tərkibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, səkkizdəbir final mərhələsinin bu gecə keçirilmiş oyunlarından sonra Azərbaycan millisi ilə yanaşı, Argentina və Misir də mərhələ adlayıb.

Argentina əlavə vaxtda vurduğu qolla Ukraynanı üstələyib - 1:0. Gecənin sensasiyası Misir olub. Əsas vaxtı 3:3 hesabı ilə nəticələnən görüşdə Misir İtaliyaya “over taym”da vurduğu bir qolla qalib gəlib - 4:3.

Beləliklə, dörddəbir finalın ilk görüşləri sentyabrın 25-də Paraqvay millisi ilə İran, Rusiya yığması ilə İspaniya arasında keçiriləcək. Matçlar Bakı vaxtı ilə saat 00:30 və 03:00-a təsadüf edəcək. Sentyabrın 26-sı saat 00:30-da Argentina Misir və saat 03:00-da isə Azərbaycan millisi Portuqaliya ilə üz-üzə gələcək.

Yarımfinal görüşləri sentyabrın 28-29-da, üçüncü yer uğrunda oyun oktyabrın 1-də, final qarşılaşması isə oktyabrın 2-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.