DÜNYA


Misirdə 10 min biznesmenin hazırlanması üzrə təşəbbüs işə salınıb

Qahirə, 4 avqust, AZƏRTAC

Misirdə 2,5 milyon kiçik, orta və mikromüəssisə mövcuddur. Bu sektora ölkədəki bütün işçi qüvvəsinin 75 faizi cəlb olunub. Bu da Misir ixracının 17 faizini təmin edir. Bunu Misirin ticarət və sənaye naziri Tarik Kabil “Öz layihənə başla və onu yaxşılaşdır” proqramının birinci buraxılışı münasibətilə bayram tədbirində bəyan edib. Proqram Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq şəraitində Misirin Orta, Kiçik və Mikrolayihələrin İnkişafı Təşkilatı tərəfindən işə salınıb.

Orta, Kiçik və Mikrolayihələrin İnkişafı Təşkilatına başçılıq edən Tarik Kabil bildirib ki, azad biznes mədəniyyətinin təşviqi biznes sektorunun inkişafı üzrə bütün səyləri birləşdirməklə məşğul olan bu təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Tədbirdə 10 min kişi və qadın iş adamının hazırlanması üzrə yeni təşəbbüs elan edilib. Təşəbbüs gələcək iş adamlarının öz kiçik və orta müəssisəsini yaratmaq, onu müvəffəqiyyətlə idarə etmək və məhsullarını satmaq üçün əsas vərdiş və biliklərə yiyələnmələrinə kömək etmək məqsədi daşıyır. Proqram iştirakçılarından əsasən öz layihəsini yaratmaq əzmi, məşğələlərə ciddi yanaşma və ən azı orta təhsil səviyyəsi tələb olunur.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.