DÜNYA
Misirdə “İslam dövləti”nin altı tərəfdarı məhv edilib
Qahirə, 10 iyul, AZƏRTAC
Misir polisi “İslam dövləti” (İŞİD) terrorçu təşkilatının altı tərəfdarını məhv edib. Misir Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, Asyut əyalətinin Dervut rayonunda kimsəsiz evlərdən birində gizlənən cinayətkarlar ölkənin cənub əyalətlərində silsilə terror aktları törətməyə hazırlaşırmışlar.
Sənəddə bildirilir ki, əməliyyat zamanı silahlı müqavimət göstərən terrorçular məhv edilib.
Hadisə yerində avtomatik silahlar, döyüş sursatı, hərbi formalar, İŞİD ideologiyasını təbliğ edən mətbu materiallar aşkar edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]