DÜNYA
Misirdə “Müsəlman qardaşlar” assosiasiyasının səkkiz üzvü ölüm cəzasına məhkum edilib
Qahirə, 19 may, AZƏRTAC
Misir KİV-lərinin verdiyi məlumata görə, bu ölkədə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” assosiasiyasının yerli özəyinin səkkiz üzvü ölüm cəzasına məhkum edilib.
Bu barədə hökm Buheyr əyalətindəki Damanxur şəhərinin cinayət məhkəməsi tərəfindən çıxarılıb. Həmin şəxslər polis bölməsinə hücum etməkdə ittiham olunurlar. İstintaqın məlumatına görə, müttəhimlər 2015-ci ildə Damanxur şəhərindəki polis bölməsinə hücum edərək partlayıcı maddədən və odlu silahdan istifadə etməklə bölmə əməkdaşlarından birini yaralayıb, təhlükəsizlik qüvvələrinə və dövlət obyektlərinə qarşı bir sıra başqa təxribatlar törədiblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]