DÜNYA


Misirdə “Müsəlman qardaşları” hərəkatının rəhbərlərindən biri zərərsizləşdirilib

A+ A

Qahirə, 4 oktyabr, AZƏRTAC

Yerli KİV-lər xəbər verir ki, Misir Daxili İşlər Nazirliyinin (DİN) rəsmiləri ölkədə qadağan edilmiş “Müsəlman qardaşları” hərəkatı rəhbərlərindən birinin zərərsizləşdirildiyini bildiriblər.

Öldürülən Məhəmməd Kamal hərəkatın hərbi qanadına rəhbərlik edirdi. Onunla birgə “Müsəlman qardaşları”nın daha bir üzvü də zərərsizləşdirilib. Misir DİN-nin məlumatına görə, bundan əvvəl M.Kamal qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.

Misirdə “Müsəlman qardaşları” hərəkatı terror təşkilatı kimi tanınır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.