DÜNYA


Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

Qahirə, 22 iyul, AZƏRTAC

Bu gün Misirdə Aralıq dənizi sahilində İsgəndəriyyənin qərbində yerləşən Al-Hamam şəhərində “Məhəmməd Nacib” hərbi bazasının açılış mərasimi keçirilib. Mərasimdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ərəb və digər ölkələrin rəsmi şəxsləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Misirin ilk prezidentinin şərəfinə adlandırılan “Məhəmməd Nacib” hərbi bazası Yaxın Şərqdə və Afrikada ən böyük hərbi bazadır.

Misir Prezidenti dövlət bayrağını qaldırıb və müxtəlif ixtisaslar üzrə ali hərbi məktəblərin məzunlarının paradını qəbul edib. Hərbi bayramın ən maraqlı məqamı Misir Hərbi Hava Qüvvələrinin “Gümüş ulduzlar” yüksək pilotaj qrupunun çıxışı olub.

Bazanın ərazisində mindən çox tikili, o cümlədən kazarma, zabit heyəti üçün yaşayış binası, idman obyektləri, hərbi təlim meydançaları var. Bazada hərbi texnika, o cümlədən yüzlərlə tank, vertolyot, kater, hava hücumundan müdafiə sistemi yerləşdirilib.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.