DÜNYA


Misirdə blok-posta hücum: 6 polis əməkdaşı ölüb, 10-u yaralanıb

Bakı, 9 yanvar, AZƏRTAC

Bazar ertəsi günü səhər Sinay yarımadasının şimalında yerləşən Əl-Əriş şəhərindəki blok-posta hücum olub. Bu barədə “Əl-Balyad” xəbər portalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, silahlı hücum nəticəsində polis zabiti və təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı ölüb, 10 nəfər yaralanıb.

Daxil olan informasiyada bildirilir ki, əvvəlcə nəzarət-buraxılış məntəqəsinin qarşısında avtomobilə qoyulmuş partlayıcı işə salınıb. Sonra isə ekstremistlər blok-postu minomyotlardan atəşə tutublar.

Misir ordusu iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında antiterror əməliyyatları həyata keçirir. Buradakı çətin keçilən rayonlarda ekstremist qruplar, o cümlədən İŞİD-lə əlaqəli yaraqlılar cəmləşiblər. Dekabrın əvvəllərində ordu komandanlığı 8 ekstremistin öldürüldüyü və daha 12-nin tutulduğu barədə məlumat yaymışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.