DÜNYA


Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Qahirə, 4 iyul, AZƏRTAC

Misir parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin üç ay müddətinə uzadılması barədə Prezident Əbdülfəttah əs-Sisinin fərmanını təsdiq edib. Bu barədə Nümayəndələr Palatasının sədri Əli Əbdüləl məlumat verib.

Misirdə fövqəladə vəziyyət bu ilin aprelində xristian qibtilərin kilsələrində törədilən irimiqyaslı terror aktlarından sonra tətbiq edilib.

Daha əvvəl, iyunun 22-də Misir hökuməti də ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması barədə Prezidentin fərmanını bəyənib və onu təsdiq edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.