DÜNYA


Misirdə kilsədə törədilmiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib [YENİLƏNİB]

Qahirə, 11 dekabr, АZƏRTAC

Qahirənin mərkəzində kopt kilsəsində törədilmiş partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 31 nəfər ağır yaralanıb. Həlak olanların əksəriyyəti qadın və uşaqdır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi törədilmiş terror aktını qətiyyətlə pisləyib və bu gündən etibarən ölkədə üçgünlük matəm elan edib.

 

14:04

Qahirənin mərkəzində kopt kilsəsində törədilmiş partlayış nəticəsində 20 nəfər həlak olub, 35-dən çox insan yaralanıb.

Bu barədə Misirin dövlət televiziyası məlumat yayıb.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.