DÜNYA


Misirdə mühacirləri daşıyan gəmi qəzası ilə əlaqəsi olan şəxslər saxlanılıb

A+ A

Qahirə, 22 sentyabr, AZƏRTAC

Misir Prokurorluğunun qərarı ilə qeyri-leqal miqrantlarla Aralıq dənizində batmış gəmi komandasının dörd üzvü saxlanılıb. Bu barədə “Əl-Youm 7” portalı xəbər verir. Bildirilir ki, kütləvi insan tələfatına səbəb olmuş hadisə ilə bağlı daha beş nəfərin axtarışı elan edilib.

Sahil Təhlükəsizlik Xidməti qəzaya uğramış gəmidəki miqrantların 160-nı xilas edə bilib. İlkin məlumatlara görə, təxminən 50 miqrant həlak olub, 150-dən çoxu isə itkin düşüb. İtkin düşənlərin axtarışı davam etdirilir.

Xatırladaq ki, əsasən Misir və Sudan vətəndaşlarından ibarət qeyri-leqal miqrantları daşıyan gəmi sentyabrın 21-də Aralıq dənizində, Misirin Əl-Rəşid şəhəri yaxınlığında batıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.