DÜNYA
Misirdə otelə hücum nəticəsində iki xarici turist həlak olub
Bakı, 14 iyul, AZƏRTAC
Misirin Qırmızı dəniz sahillərində yerləşən Hurqada kurort şəhərindəki çimərliklərin birində bıçaqla silahlanmış naməlum şəxsin hücumu nəticəsində iki xarici turist həlak olub.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, həlak olanların hər ikisi Ukrayna vətəndaşıdır. İnsident zamanı xəsarət alan 4 turist isə xəstəxanaya yerləşdirilib.
Misirin təhlükəsizlik xidmətinin məlumatına əsasən, hücum edən şəxs saxlanılıb. Onun psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir. İlkin təhqiqat nəticəsində həmin şəxsin yaxınlıqdakı ictimai çimərliklərin birindən üzərək otelin ərazisinə keçdiyi məlum olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:42]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]