DÜNYA


Misirdə partlayış baş verib

A+ A

Qahirə, 4 noyabr, AZƏRTAC

Misir KİV-ləri xəbər verir ki, noyabrın 4-də Qahirənin Mədinət Nəsr rayonunda güclü partlayış baş verib.

Polisin verdiyi məlumata görə, içərisində gücü trotil ekvivalentində 3 kiloqramdan çox olan partlayıcı qurğu olan avtomobil partladılıb.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur, amma hadisə yeri yaxınlığındakı maşınlara ziyan dəyib.

Daha bir ilkin məlumata görə, bu partlayış Misirin məhkəmə korpusunun nümayəndəsi Əhməd Əbu əl-Futuha qəsd cəhdi olub. Hadisə yerində istintaq tədbirləri görülür.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.