DÜNYA


Misirdə polis patruluna hücum zamanı iki nəfər həlak olub

Qahirə, 4 avqust, AZƏRTAC

Misirdə, Luksordan 50 kilometr cənubda yerləşən Esna şəhərində polis patruluna hücum zamanı iki nəfər həlak olub, üç nəfər yaralanıb. Yerli KİV-lər Misir Daxili İşlər Nazirliyinə istinadla xəbər verirlər ki, nəticədə bir polis nəfəri və bir yerli sakin həlak olublar. Təsadüfən hadisə yerindən keçən üç nəfər yaralanıb. Onları təcili olaraq Esna şəhəri xəstəxanasına çatdırıblar.

Bildirilir ki, polis patrulu içərisində silahlı insanlar olan avtomobili dayandırıb. Silahlılar asayiş keşikçilərinə atəş açıblar. KİV-lərin məlumatına görə, bir nəfər həbs olunub, digəri isə qaçıb aradan çıxa bilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.