DÜNYA
Misirdə sərnişin qatarı relsdən çıxıb
Qahirə, 11 fevral, AZƏRTAC
“Əl-Yaum əs-Sabia” qəzetinin xəbər portalında bildirilir ki, bu gün səhər Misirdə dəmiryol qəzası baş verib.
Asuan-Qahirə marşrutu ilə hərəkət edən sərnişin qatarı yolun üzərindəki sement bloka çırpılıb. Zərbə nəticəsində qatarın bir neçə vaqonu aşıb. İlkin məlumata görə, 70 nəfərdən çox zərər çəkib. Tələfat yoxdur.
KİV-lər yazırlar ki, qatarın birinci vaqonu poçt vaqonu olub. Sərnişinlər isə yalnız ikinci vaqonda olub.
Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə yerində istintaq aparılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:30]
Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]