DÜNYA


Misirdə terror aktı nəticəsində 10 hərbiçi həlak olub

Qahirə, 7 iyul, AZƏRTAC

Sinay yarmadasının şimalında səhər saatlarında terror hadisəsi baş verib. Hadisə nəticəsində 10 Misir hərbçisi həlak olub.

Hadisə ilə bağlı polisin verdiyi son məlumata görə, silahlılar Rafah şəhərinin Əl-Baras rayonunda hərbçilərə hücum ediblər. Hücum nəticəsində, həmçinin Misir xüsusi təyinatlı qüvvələrinin bir nəfər polkovnikinin də həlak olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.