DÜNYA
Misirdə xristianlara hücum: azı 25 nəfər həlak olub, 23 nəfər yaralanıb
Bakı, 26 may, AZƏRTAC
Misirin mərkəzində xristianları daşıyan avtobusa hücum edilib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, hadisə nəticəsində azı 25 nəfər həyatını itirib, 23 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, iki avtomobillə hərəkət edən 10-a yaxın naməlum silahlı şəxs avtobusu avtomatlardan atəşə tutub. Onların geyimləri Misir hərbçilərinin geyiminə oxşayırmış.
İnsident Əl-Minya əyalətində yerləşən Əl-Adavva yaşayış məntəqəsinin qərbindəki “Müqəddəs Samuil” monastırı yaxınlığında baş verib.
Hazırda Misirin təhlükəsizlik qüvvələri hücumun baş verdiyi rayonda axtarış aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]