SİYASƏT


Misirdəki Azərbaycan diasporu: ÜAK-la bağlı qərar Rusiyadakı azərbaycanlılara qarşı hörmətsizlikdir

Bakı, 23 may, AZƏRTAC

Misirdəki Azərbaycan diasporunun Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanatında bildirilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma, dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərərək, bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda rus xalqının hüquqlarının qorunduğunu xüsusi vurğulayan bəyanat müəllifləri qeyd edir ki, ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atıb. Bu siyasət hazırda da davam etdirilir.

“Rusiyada isə bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir”, - deyən bəyanat müəllifləri ÜAK-ın bağlanması üçün göstərilən əsasların tam subyektiv olduğunu, həmin “dəlillərin” hər hansı qurumun qeydiyyatının ləğvi üçün yetərli olmadığını düşünür.

“Bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq yanlış addımdır. Biz Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırıq”,- deyə bəyanatda bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.