QAN YADDAŞI
Misirin “Ahbaralyoum” elektron qəzeti İƏT baş katibinin Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəyanatını yayıb
Qahirə, 27 fevral, AZƏRTAC
Misirin “Ahbaralyoum” elektron qəzeti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəninin Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəyanatını yayıb. Baş katibin bəyanatında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətindəki təşəbbüs və cəhdlərinin İƏT tərəfindən tam dəstəkləndiyi diqqətə çatdırılır.
Bəyanatda xüsusi vurgulanır ki, Xocalı soyqırımı Azərbaycan ərazisinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğalı nəticəsində baş verib.
Həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilmiş qətnaməyə istinad edilərək, işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilmiş aktların insanlığa qarşı cinayət olduğu vurğulanır.
Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür:
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə