MƏDƏNİYYƏT
Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində gənc yazarlarla görüş keçirilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı ilə Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində gənc yazarlarla görüş keçirilib.
Mərkəzin müdiri Əhməd Sami Elaydi görüş iştirakçılarına bu elm ocağının yaranma tarixindən, fəaliyyətindən, Azərbaycanda müvafiq qurumlarla əməkdaşlığından, ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsindəki rolundan danışıb, Misirin nüfuzlu Ayn-Şəms Universitetində ana dilimizin tədrisindən söhbət açıb.
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov gənc yazarlara göstərilən diqqətə görə Əhməd Sami Elaydiyə təşəkkürünü bildirib.
Görüşdə gənc yazarların qarşılıqlı səfərlərinin təşkili, misirli yazarların əsərlərinin Azərbaycan dilinə tərcüməsi, sərgilərin keçirilməsi və digər məsələlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]