DÜNYA


Misirin Hərbi Hava Qüvvələri yaraqlıların mövqelərinə zərbələr endirib

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də səhər saatlarında Misirin Hərbi Hava Qüvvələri Sinay yarımadasında yaraqlıların mövqelərinə aviasiya zərbələri endirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əməliyyat yaraqlıların nəzarət buraxılış məntəqəsinə hücumuna cavab olaraq həyata keçirilib. Hava zərbələri nəticəsində yaraqlıların sığınacağının, silah-sursat anbarının və 7 avtomobilinin məhv edildiyi bildirilir.

Xatırladaq ki, oktyabrın 14-də yaraqlılar yarımadanın şimalında son ayların ən qanlı terror hücumunu həyata keçiriblər. Ordunun nəzarət-buraxılış məntəqələrindən birinin pulemyot və qumbaralarla atəşə tutulması nəticəsində 12 hərbçi həlak olub. Eyni zamanda, hücumda iştirak edən 15 yaraqlı öldürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.