MƏDƏNİYYƏT
Misirin “Hurriyyət” jurnalında Azərbaycan səfirinin məqaləsi dərc olunub
Qahirə, 16 sentyabr (AZƏRTAC). Misirin “Hurriyyət” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Bakının Misirə hədiyyəsi” sərlövhəli məqaləsi dərc olunub.
Səfir məqalədə Azərbaycanın Gəncə şəhəri haqqında məlumat verir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün yaxın vaxtlarda Misirin İsgəndəriyyə kitabxanasında qoyulacağını bildirir.
Ş.Abdullayev Nizami Gəncəvinin büstünün məşhur İsgəndəriyyə kitabxanasında qoyulmasının Misir və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinin göstəricisi olduğunu qeyd edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]