CƏMİYYƏT


Misirin Yaxın Şərq Xəbər Agentliyinin baş direktorunun müavini BDU-da mühazirə oxuyub

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin İştirakçısı, Misirin Yaxın Şərq Xəbər Agentliyi (MENA) baş direktorunun beynəlxalq əməkdaşlıq üzrə müavini Xalid Əbd əl-Əziz Əhməd Ğabaşi Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edən, professor Cahangir Məmmədli qonağa fakültə barədə məlumat verib.

Xalid Əbd əl-Əziz Əhməd Ğabaşi “Misir mətbuatı və Yaxın Şərq Xəbər Agentliyi” mövzusunda mühazirə oxuyub. Mühazirəçi MENA barədə ətraflı məlumat verib. Xarici müxbir üçün vacib olan məqamlardan söz açan qonaq qeyd edib ki, bunun üçün dil bilgisi, xəbər yazmaq bacarığı, kameradan istifadə etmək imkanı və ən əsası mütaliə vacib şərtlərdəndir. MENA-nın dünyanın 50-dən çox ölkəsindəki müxbir postlarının fəaliyyətindən danışan baş direktorun müavini yaxın gələcəkdə Bakıda da təmsil olunacaqlarını vurğulayıb.

Bildirilib ki, MENA xarici jurnalist tələbələr üçün treninqlər təşkil edir və jurnalistika fakültəsinin tələbələrinə bu imkanı yaratmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.