SİYASƏT


Misirin Yazıçılar Birliyinin sədri: 2 yaşlı Zəhranın öldürülməsi insanlıq əleyhinə cinayətdir

Qahirə, 6 iyul, AZƏRTAC

Misirin Yazıçılar Birliyinin sədri doktor Alə Əbdül Hədi 2 yaşlı Zəhranın öldürülməsini insanlıq əleyhinə cinayət adlandırıb.

Alə Əbdül Hədi iyulun 4-də erməni silahlı qüvvələrinin törətdiyi qanlı hadisə nəticəsində 2 yaşlı Zəhranın qətlə yetirilməsini qətiyyətlə pislədiyini bildirib.

O, heç bir insanın buna izah verə bilmədiyini, bu hadisənin insanlıq əleyhinə cinayət və vəhşilik olduğunu vurğulayıb.

Alə Əbdül Hədi dünyanın bütün sülhpərvər qüvvələrini bu hadisəni qınamağa çağırıb.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1967-ci il təvəllüdlü Allahverdiyeva (Quliyeva) Sahibə İdris qızı və onun nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.