DÜNYA


Misirin cənubunda qaz balonunun partlaması nəticəsində 40 ev yanıb

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Misirin cənubundakı kəndlərdən birində məişət qaz balonunun partlaması nəticəsində 40 ev yanıb.

TASS agentliyinin məlumatına görə, yanğın zamanı 17 nəfər xəsarət alıb, ölən isə yoxdur. Hadisəyə qaz balonunun nasazlığı səbəb olub. Yanğın genişlənərək yaxınlıqdakı daha üç qaz balonuna keçib və partlayış baş verib.

Yanğınsöndürənlər bir neçə saat ərzində odla mübarizə aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.