İDMAN


Misirin idman naziri: Azərbaycanda İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə təşkil olunub

Qahirə, 18 may, AZƏRTAC

Hazırda Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə təşkil olunub. Bu möhtəşəm idman bayramı İslam ölkələrinin həmrəyliyinə xidmət edəcək.

Bu fikirləri Misirin gənclər və idman naziri Xalid Əbdüləziz AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirib. O, yüksək təşkilatçılığa görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Azərbaycanın bir çox beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini diqqətə çatdıran nazir deyib ki, IV İslam Həmrəyliyi Oyunları da bunlardan biridir. Birinci Avropa Oyunlarının açılış mərasimində də iştirak etdiyini xatırladan X.Əbdüləziz qeyd edib ki, Birinci Avropa Oyunları dünya idman tarixində xüsusi yerini tutub və yaddaşlarda həkk olunub.

Misirli nazirin fikrincə, bu beynəlxalq idman yarışı Azərbaycanın dünyaya göndərdiyi sülh və həmrəylik mesajıdır. X.Əbdüləziz Azərbaycanda mükəmməl idman infrastrukturunun yaradıldığını xüsusi vurğulayaraq, onun Olimpiya Hərəkatının inkişafına ən böyük töhfə verən ölkələrdən biri olduğunu diqqətə çatdırıb.

Nazir, həmçinin misirli idmançıların İslam Həmrəyliyi Oyunlarında fəal iştirak etdiklərini deyib, qazandıqları medalların sayından razı qaldıqlarını bildirib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.