DÜNYA


Misirin xarici işlər naziri Suriyaya dair görüşdə iştirak edəcək

A+ A

Qahirə, 15 oktyabr, AZƏRTAC

Bu gün İsveçrənin Lozanna şəhərində nazirlər səviyyəsində Suriyaya dair görüş keçirilməsi nəzərdə tutulur. Misir KİV-ləri ölkənin xarici siyasət idarəsinə istinadla xəbər verir ki, ABŞ dövlət katibi Con Kerrinin dəvəti ilə Misirin xarici işlər naziri Sameh Şükri də həmin görüşdə iştirak edəcək.

Misir XİN-in rəsmi nümayəndəsi Əhməd Əbu-Zeyd bildirib ki, ABŞ Dövlət Departamentinin rəhbəri Suriya münaqişəsinin siyasi yolla nizamlanmasında Qahirənin mühüm rol oynamasını nəzərə alaraq Misirin həmin görüşdə iştirakının vacib olmasını qeyd edib. Bu görüşdə ölkənin xarici işləri nazirinin iştirak etməsi qərara alınıb.

Suriyaya dair nazirlər səviyyəsində görüşdə ABŞ, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və regiondakı digər ölkələrin XİN rəhbərləri, habelə BMT Baş Katibinin Suriyaya dair xüsusi nümayəndəsi Staffan de Mistura iştirak edəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.