DÜNYA


Misirin xüsusi xidmət orqanları Sinay yarımadasının şimalında 22 ekstremisti məhv ediblər

A+ A

Qahirə, 29 avqust, AZƏRTAC

Misirin “Əl-Youm 7” nəşri ölkənin təhlükəsizlik xidmətindəki mənbələrə istinadla xəbər verir ki, Misirin təhlükəsizlik qüvvələri tərəfindən Sinay yarımadasının şimalında müxtəlif yerlərdə aparılmış antiterror əməliyyatı zamanı 22 ekstremist məhv edilib.

Məlumatda bildirilir ki, uğurlu əməliyyatın gedişində ekstremist qruplaşmaların 37 üzvü saxlanılıb, silahlıların bazalarına ciddi zərbə endirilib, yarımadanın şimalında ekstremistlərə məxsus texnika məhv edilib. Onlar bu texnikadan təhlükəsizlik qüvvələrinə hücum zamanı istifadə etməyə hazırlaşırdılar.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.