DÜNYA


Misirli futbolçuları aparan təyyarə yanacaq çatışmazlığı səbəbindən marşrutunu dəyişib

A+ A

Qahirə, 10 oktyabr, AZƏRTAC

Misirin futbol üzrə kişilərdən ibarət milli komandasını aparan “EgyptAir” şirkətinin təyyarəsi yanacaq çatışmazlığı səbəbindən Konqo Respublikasında Brazzavil aeroportundan uça bilməyib, sonra isə marşrutunu dəyişməli olub. Bu xəbəri yerli KİV-lər Misir aviaşirkətinin məlumatına istinadla yayıblar.

Qeyd edilir ki, futbolçuları aparan Misir layneri yanacaq çatışmazlığı səbəbindən dörd saat ləngiyib və yüksək səviyyədə danışıqlar aparılandan sonra yanacaqla doldurulub. Lakin bu yanacaq Çadın paytaxtı Ncamenaya qədər çatıb. Müvafiq icazələri aldıqdan sonra misirli futbolçuları aparan təyyarə Konqodan Çada yola düşüb və orada yanacaq ehtiyatını bərpa edəndən sonra Qahirə aeroportuna uçub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.