CƏMİYYƏT


Misirli jurnalist Azərbaycanda Ramazan ənənələrindən yazır

A+ A

Qahirə, 8 iyul, AZƏRTAC

Misirin aparıcı elektron qəzeti - “Asiaelyoum”da jurnalist Əbubəkr Əbulməcdin “Azərbaycanda mübarək Ramazan bayramı” adlı məqaləsi yayılıb.

Müəllif Azərbaycanın dünyanın ən qədim və zəngin tarixə malik, Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən və İslam dinini erkən dövrlərdən qəbul edən ölkələrdən biri olduğunu yazır, Azərbaycan xalqının mübarək Ramazan bayramını özünəməxsus şəkildə keçirməsi barədə məlumat verir.

Məqalədə Azərbaycanın öz tarixi və mədəniyyəti ilə dünya mədəniyyətinin, xüsusilə də İslam və ərəb mədəniyyətinin inkişafına töhfə verdiyi, görkəmli şəxsiyyətlər yetişdirdiyi diqqətə çatdırılır.

Azərbaycanda bütün dinlərdən olan nümayəndələrin dinc yanaşı yaşadıqları, dini ayinləri sərbəst yerinə yetirdikləri vurğulanır. Ramazan ayının bu ölkədə müsəlmanları sıx birləşdirən dəyərlərdən biri olduğu diqqətə çatdırılır.

Müəllif Azərbaycanda Ramazanın insanların bir-birilərini təbrik etmələri, qohumlara, qonşulara baş çəkmələri, xüsusilə də ehtiyacı olanlara yardım göstərmələri kimi adət-ənənələrindən söz açır, Prezident İlham Əliyevin müqəddəs bayram münasibətilə Azərbaycan xalqını xalqı təbrik etməsi barədə məlumat verir.

Məqalədə Ramazan bayramının Azərbaycanda hər il böyük ruh yüksəkliyi ilə təntənəli şəkildə qeyd olunduğu, ölkədə multikultural ənənələrin ehtiramla qorunduğu qeyd edilir.

Misirli jurnalist Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə şəhərin böyük məscidlərinin birində bayram namazının qılındığını, bayram xütbəsinin oxunduğunu, müsəlmanların birliyinin nümayiş olunduğunu diqqətə çatdırır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.