SİYASƏT


Misirli yazıçı: Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman ölkələri arasında əlaqələri gücləndirəcək

Bakı, 25 may, Əsəd Məmmədov, AZƏRTAC 

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi müsəlman ölkələri arasında əlaqələrin güclənməsi baxımından çox önəmlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri misirli yazıçısı Əhməd Abdo Tərabik “Qarabağ - Qafqazda sülhə aparan yol” kitabının təqdimatında bildirib.

“Təəssüf ki, biz müsəlman dünyasının üzləşdiyi problemlərdə həmrəyliyin şahidi olmuruq. Hətta ermənilər 1915-ci ildə baş vermiş, heç bir hüquqi əsası olmayan hadisələri “soyqırımı” kimi təqdim etməyə çalışırlar. Halbuki Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər Azərbaycan xalqına qarşı etnik təmizləmə həyata keçiriblər.

İslam həmrəyliyi təşəbbüsü İslam dünyasının üzləşdiyi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. Azərbaycan Prezidentinin bu təşəbbüsü müsəlman dünyasında həmrəyliyin möhkəmlənməsinə xidmət edir”, - deyə yazıçı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.