SİYASƏT


Mixail Qusman: Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq əlaqələr üçün ən yaxşı məkandır VİDEO

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq əlaqələr üçün ən yaxşı və yaddaqalan məkandır. Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə bu Forumun keçirilməsinə təşəbbüs göstərilib və Forum 2011-ci ildən artıq beynəlxalq səviyyədə keçirilir. Ona maraq və diqqət ildən-ilə artır. “Dəyirmi masa”lar və plenar iclaslar Forumun ayrılmaz hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, tanınmış həmyerlimiz, TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman deyib.

M.Qusman qeyd edib ki, bugünkü Forumda bir çox sahələr üzrə Nobel mükafatçıları, kulturoloqlar və tanınmış elm, mədəniyyət və siyasət adamları iştirak edirlər. Ömürlərini peşələrinə həsr etmiş bu insanlar Forumda maraqlı fikirlər səsləndirir və fikir mübadiləsi aparırlar. Onların fikirləri müasir zəmanəmiz üçün vacib olan mürəkkəb məsələlərin həllində böyük rol oynayır.

Forumun həm də mədəniyyətlərarası dialoq üçün yaxşı platforma olduğunu söyləyən Mixail Qusman bu əhəmiyyətli tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.