Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mixail Qusman: Mən Vətənim Azərbaycanı sonsuz məhəbbətlə sevir və onun uğurlarına sevinirəm VİDEO

Moskva, 7 fevral, AZƏRTAC

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, jurnalist, bakılı Mixail Qusman “Radio Svoboda”nın “Kult liçnosti” proqramının qonağı olub. O, ailəsi, Bakıda keçirdiyi uşaqlıq və gənclik illəri, sənəti və “Formula vlasti” müəllif proqramının qonağı olmuş məşhur adamlar haqqında danışıb.

Mixail Qusman “Formula vlasti” proqramının müəllifi və aparıcısı kimi dövlət və hökumət başçılarından 350-dən çox müsahibə alıb. Aparıcı Leonid Velexovun üç ən yaxşı müsahibənin adını çəkmək barədə xahişinə cavab olaraq, jurnalist Çin lideri Tszyan Tszemin, Səudiyyə Ərəbistanının Kralı Abdulla ilə yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də adını qeyd edib: “Heydər Əliyev. Hətta mənə elə gəlir ki, burada, hər şey aydındır. Ona görə ki, mənim formalaşmağım partiya təşkilatının, respublikanın birinci şəxsi kimi Heydər Əliyevin dövründə olub. O, Sovet Azərbaycanına uzun illər rəhbərlik edib. Mən isə orada komsomol idim. Mən həmişə deyirəm: “L.Brejnevi hər yerdə yaxşı qarşılayırdılar. O, D.Kunayev, V.Şerbitski ilə dostluq edirdi. Lakin o, “Qazaxıstan iri addımlarla irəliləyir” deməyib, “Ukrayna iri addımlarla irəliləyir” də deməyib. Amma o deyib: “Azərbaycan iri addımlarla irəliləyir”... Azərbaycanın uğurları, nəticələri L.Brejnevi belə sözlər deməyə sövq edib. Bu, mübaliğə deyil.

Heydər Əliyev, əlbəttə, əfsanəvi siyasətçi idi. Mənim nəzərimdə təəccüb doğuracaq zəkaya və fenomenal yaddaşa malik idi. Bu müsahibə 2002-ci ildə olub. Özü də mən ondan yarım saatlığa xahiş etmişdim, lakin biz üç saat danışdıq! Mənə elə gəldi ki, bu, etiraf söhbətidir. O, heç vaxt bu cür böyük müsahibə verməmişdi. Bu, çox gözəl söhbət idi. Onu əbəs yerə “hakimiyyət ustadı” adlandırmayıblar. Fikrimcə, onun siyasi istedadı müqabilində Azərbaycan həddindən artıq kiçik ölkə idi. Elə buna görə də Andropov onu Siyasi Büroya dəvət etdi... Əminəm ki, Andropov bir neçə il yaşasaydı, Heydər Əliyev sovet hökumətinin başçısı ola bilərdi.

Mixail Qusman müsahibəsində deyib ki, o, hər ad gününü Bakıda qeyd edir. “Mən Bakını, öz doğma şəhərimi sevirəm və hər dəfə imkan düşəndə oraya gedirəm. Orada mənim valideynlərim dəfn edilib. Əgər mən heç olmasa ayda bir dəfə hər hansı bazar günü onların məzarına baş çəkməsəm (çünki bir qayda olaraq, qəbiristanlığa bazar günlərində gedirlər), özümü pis hiss edəcəyəm. Anam çoxdan – 1977-ci ildə vəfat edib. Atam onun yoxluğuna çox tab gətirə bilmədi. Ona görə də mən o vaxtdan çalışıram ki, ayda heç olmasa bir dəfə valideynlərimin məzarı üstünə gedim”, - deyə M.Qusman bildirib.

Jurnalist hər il Azərbaycanın paytaxtında keçirilən Bakı Humanitar Forumundan danışaraq deyib: “Xoşbəxtəm ki, Rusiya və Azərbaycan tərəfindən təsis olunan, indi isə iki prezidentin – Vladimir Putin və İlham Əliyevin himayəsi altında keçən beynəlxalq humanitar foruma bağlılığım var”.

Aparıcı Leonid Velexovun onun özünü qafqazlı, rus və ya yəhudi hesab etməsi barədə sualını Mixail Qusman belə cavablandırıb: “Ömrümün böyük hissəsini boya-başa çatdığım Bakı şəhərində keçirmişəm... Bakılı kimi bir millətin mövcudluğu barədə sözlər əbəs yerə deyilmir. Mən 10 il məktəbdə oxumuşam. Sonra öyrəndim ki, sinfimizdə on bir millətdən uşaqlar təhsil alıblar. Ailəmizin dörd nəsli Pyotr Montin küçəsi 111 ünvanında yaşayıb. Ev indiyədək qalır... 1899-cu ildə tikilmiş üçmərtəbəli binadır. Biz ikinci mərtəbədə yaşayırdıq. Orada doqquz mənzil vardı və altı millətin nümayəndələri yaşayırdılar... Mən bunu yenə də sonralar başa düşdüm. Uşaq vaxtımdan yalnız bütün bayramların – rus Pasxası, müsəlman Novruzu, yəhudi bayramlarının necə qeyd edildiyini xatırlayıram. Həmişə də hamı bir-birinə şirniyyat aparırdı. Bayramlarda ən ləzzətli nə hazırlanırdısa, onu qonşular bir-birinə aparırdılar. Bu şəhərdə indi multikulturalizm adlandırılan mühit var idi. Lakin o zaman bunu xüsusi sözlərlə adlandırmırdılar, sadəcə, insanlar bir ailə kimi yaşayırdılar. Bu həqiqətdir, bu, nostalji mifologiya deyil. Bu, əsl həqiqətdir.

Başa düşürsünüz, mən tam rus mədəniyyətinin adamıyam, bununla belə milliyyətə, qana görə yəhudi, tarixi yaddaşa görə Azərbaycan vətənpərvəriyəm. Bütün bunların hamısı məndə birləşib. Mən özümü rus tarixi və xüsusən mədəniyyəti ilə tam eyniləşdirirəm. Mənim qəlbimə yəhudi kökləri yaxındır. Və mən Vətənim Azərbaycanı sonsuz məhəbbətlə sevir, ondan ötrü həyəcan keçirir və onun uğurlarına sevinirəm”.

Proqramın aparıcısı Leonid Velexov həmsöhbətinin sözlərinə qoşularaq xatırladıb ki, onun da ailəsi Bakı ilə sıx bağlıdır: “Mənim nənəm və babam oradandır. Onlar “Şamaxinka”da yaşayıblar. Babam alman, nənəm isə rus idi. Babam Nobellə birlikdə Bakıya neft çıxarmağa gələn alman ailələrindən idi. Mən də Bakını çox sevirəm. Bu, tamamilə xüsusi bir şəhərdir”.

Aparıcının “Multikulturalizm, gözəl qadınları (hər halda bunlar təkcə Bakı şəhərində deyil) ilə yanaşı, Bakının sirri nədədir?” sualına Mixail Qusman belə cavab verib: “Mən Bakıya gələndə, xüsusilə də hava günəşli olanda (belə günlər orada çox olur) şəhərdə gəzməyi sevirəm. Bir dəfə şəhərdə gəzirdim və qarşıdan qızlar gəlirdi. Baxıb gördüm ki, mənim tanış qızım gəlir. Yalnız yaxınlaşandan sonra başa düşürəm ki, o, mənim tanışımın nəvəsi yerində olar. Bax bu, çoxlu qanların qarışdığı bakılı qızın tipajıdır... Maraqlıdır. Çox-çox əvvəl, hələ komsomolda işlədiyim vaxt fikir verdim ki, 1970-ci illərdə müxtəlif millətlər arasında ən çox nikah Bakıda olub. Mən özüm yarıpolyak olan azərbaycanlı ilə ailə qurdum. Bunlar hamısı qarışıb. Bu da mühitə təsir etməyə bilməzdi. Bu, beynəlxalq münasibətlərə təsir etməyə bilməzdi”.

1990-cı ilin yanvar hadisələrindən danışan Mixail Qusman Bakıda və Sumqayıtda baş verənləri təxribat adlandırıb: “Mən həmin vaxt artıq Moskvada yaşayırdım. Ona görə də təəssüf ki, mənim təsəvvürüm hər halda bitkin olmayacaq. Hesab edirəm ki, bunlar böyük və qorxunc təxribatlar idi. Hər şeydən əvvəl, başa düşmək lazımdır ki, Sovet İttifaqı... Sovet xüsusi xidmət orqanları ittifaq respublikalarında baş verən mərkəzdənqaçma qüvvələrindən narahat olmuşdular. Bu təkcə Pribaltikada deyil, Azərbaycanda da, Gürcüstanda da, Qazaxıstanda da baş vermişdi. Bu, hər yerdə oldu. Düşünürəm ki, bu ərazilərdə münaqişələr, savaş yaratmaqla çalışırdılar ki, yerli elita kömək üçün mərkəzə müraciət etsin. Axı bunların arxasında duran adamlar təsəvvürlərinə gətirmirdilər və hətta güman etmirdilər ki, bununla onlar Sovet İttifaqının dağılmasına kömək edirlər. Onlar bunu başa düşə və təsəvvür edə bilməzdilər. İndiyədək nə baş verirsə, oradan - Sovet İttifaqından qaynaqlanır. Bunların hamısı təxribat xarakteri daşıyır və düşünülmüş şəkildə edilmişdi. Mən, məsələn, bakılıların tolerantlığına, azərbaycanlıların tolerantlığına inanıram. Bütün bunlar cəmiyyətin ən aşağı təbəqəsinə hesablanmış məqsədyönlü təxribatlar idi. Əslində adamları təxribata yönəltmək elə də çətin deyil. Mən deyə bilmərəm ki, bakılılar ermənilərə nifrət edirlər. Mən bunu bu gün də hiss etmirəm. Lakin həmin təxribatların nəticələri, əlbəttə, gələcək nəsillər üçün nifrət toxumları cücərdib”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mixail Qusman: Mən Vətənim Azərbaycanı sonsuz məhəbbətlə sevir və onun uğurlarına sevinirəm VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb