REGİONLAR


Mixail Slatkin: Növbəti illərdə də Qəbələ musiqi festivalında iştirak etmək istərdim

Qəbələ, 4 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələdəki kimi gözəl mühitdə, təbiət qoynunda hələ çıxış etməmişdim. Bu, mənim üçün ilk oldu, burada auditoriya bizi isti qarşıladı, izləyicilərin səhnədə baş verənlərə reaksiyası sevindirici idi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Tel-Əviv şəhərinin “Buchman-Mehta” Musiqi Akademiyasının, Sadna Konservatoriyasının müəllimi, amerikalı valtorna ifaçısı Mixail Slatkin deyib.

Çoxdandır Azərbaycana gəlmək arzusunda olduğunu və nəhayət bu istəyinin reallaşdığını bildirən musiqiçi təəssüratlarını bölüşərək qeyd edib ki, Bakı gözəl şəhərdir, amma təbiət qoynunda ifa etmək başqa hissdir: “Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək təklifi ilə məmnuniyyətlə razılaşdım. Festivalın hələ gənc olmasına baxmayaraq, auditoriya burada klassik musiqiyə qulaq asmağa çox həvəs göstərirdi. Növbəti illərdə də bu musiqi tədbirində iştirak etmək istərdim. Düşünürəm ki, izləyicilər də ifamdan razı qaldılar. Hər bir ifaçı çıxışı zamanı dinləyici ilə əlaqə yaratmağı bacarmalıdır. Bu, çox vacibdir”.

Mixail Slatkin festivalın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək, bu gözəl təşəbbüsü alqışladığını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.