DÜNYA
Mixail Şumaxer artıq komadan çıxmışdır VİDEO
Paris, 16 iyun (AZƏRTAC). Keçən il dekabrın 29-da Alp dağlarının Fransa hissəsində xizək sürərkən başından aldığı ciddi xəsarətə görə komaya düşən “Formula-1”in məşhur iştirakçısı Mixail Şumaxer artıq komadan çıxmışdır. O, sağlamlığını bərpa etmək üçün Qrenobl xəstəxanasını tərk etmişdir.
Bu barədə ailənin mətbuatla əlaqələndiricisi Sabine Kahm məlumat yaymışdır.
Məlumatda bildirilir ki, cari ilin aprel ayının ikinci yarısından etibarən idmançının səhhətində yaxşılaşmağa doğru prosesin getdiyi həkimlər tərəfindən təsdiq edilmişdir.
Sabine Kahm yaxın vaxtlarda məşhur idmançının durumu haqqında mətbuata daha ətraflı məlumat veriləcəyini vəd etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris