İDMAN


Mixail Tal Memorialında azərbaycanlı qrossmeyster də iştirak edəcək

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov qarşıdakı X Mixail Tal Memorialında iştirak edəcək on şahmatçı siyahısına daxil olub.

AZƏRTAC xəbər verir ki, turnir sentyabrın 26-dan oktyabrın 6-dək Moskvada, Rusiya İmpressionizm Muzeyində keçiriləcək. İştirakçılar doqquz partiya oynayacaq. Azərbaycanlı qrossmeyster ilə yanaşı, ən yaxşı şahmatçı adı uğrunda sabiq dünya çempionu Vladimir Kramnik, hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, Niderlandın ikiqat çempion Aniş Qiri, 2009-cu il Dünya Kubokunun qalibi israilli Boris Gelfand, rusiyalı Pyotr Svidler, Yevgeni Tomaşevski, Yan Nepomnyaşi mübarizə aparacaqlar.

Beynəlxalq şahmat turnirinin ümumi mükafat fondu 200 min dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.