SİYASƏT
Mixail Zabelin: ÜAK-ın ləğvi ilə bağlı qərar Azərbaycanda yaşayan rusları da narahat edir
Bakı, 16 may, AZƏRTAC
Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı qərardan narahatlığını bildirib.
AZƏRTAC xəbər verir ki, parlamentin plenar iclasında məsələyə münasibət bildirən M.Zabelin Azərbaycan dövlətinin ölkədə yaşayan ruslara tolerant münasibətini yüksək qiymətləndirib. O deyib: “Azərbaycanda yaşayan ruslar bu ölkədə rus mədəniyyətinə, dəyərlərinə və dilinə göstərilən hörməti yüksək qiymətləndirirlər. ÜAK-ın ləğvi ilə bağlı qərar bizi də narahat edir. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar məsələyə münasibətlərini ifadə etdilər”.