ELM VƏ TƏHSİL


“Mizan” tələbə dram dərnəyinin hazırladığı tamaşanın premyerası olub

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində mədəniyyətimizin və ədəbiyyatımızın təbliği ilə bağlı silsilə tədbirlər keçirilir.

Fonddan AZƏRTAC-a bildirilib ki, növbəti tədbir 2017-ci ilin martında Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində yaradılan “Mizan” tələbə dram dərnəyinin Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında hazırladığı tamaşanın premyerası olub. Premyerada müəllim və tələbələr, media nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Kollecin direktoru Qulu Novruzov Bilik Fondu ilə əməkdaşlığın rəhbərlik etdiyi təhsil müəssisəsinin müəllim və tələbələri arasında razılıqla qarşılandığını vurğulayaraq həyata keçirilən birgə maarifləndirici layihələrin səmərəsindən danışıb.

Layihənin əlaqələndiricisi, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Mizan” tələbə dram dərnəyinin fəaliyyətini yüksək qiymətləndirərək tələbələrin qısa müddətdə səhnə əsərini ərsəyə gətirmələrini təqdir etdiyini deyib.

Dərnəyin bədii rəhbəri, tamaşanın rejissoru, Əməkdar Artist Məmməd Səfa isə tələbələrin məşqlərdə həvəslə iştirak etdiklərini bildirib.

Tələbələrin rol aldığı tamaşa izləyicilərin böyük marağına səbəb olub. Həvəskar aktyorlara Bilik Fondunun təşəkkürnamələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.