DÜNYA
Mobil proqram britaniyalı qadının həyatını xilas edib
Bakı, 8 avqust, AZƏRTAC
Britaniyalı Niki Dudric ödənişsiz mobil proqramın köməyi ilə öz həyatını xilas edib. O, bədəndə xalları skan edən proqramı yükləyib. Proqram rənginə və ölçüsünə görə digərlərindən fərqlənən bir xaldan başqa bütün xalların normal olduğunu göstərib. Smartfon Nikiyə təcili həkimə getməyi “tövsiyə edib”.
AZƏRTAC mir24.tv saytına istinadla xəbər verir ki, həkimlər qadına dəri xərçənginin ən təhlükəli forması hesab edilən bədxassəli melanoma diaqnozunu qoyublar. Britaniyalı qadın üzərində aparılan cərrahiyyə əməliyyatı uğurla başa çatdırılıb.
Qeyd edək ki, günəş şüalarının səbəb olduğu ən qorxunc xəstəlik melanomadır. Dünyada hər il bu dəhşətli xəstəliyə 232 mindən çox insan yoluxur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]