DÜNYA


Mobil proqram videogörüntüdə arzuolunmaz obyektləri gizlətməyə imkan verir

A+ A

Bakı, 1 iyul, AZƏRTAC 

ABŞ-ın Dyuk Universitetinin alimləri smartfonda arzuolunmaz obyektlərin görüntülənməsinin qarşısını alan mobil proqram hazırlayıblar.

AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, mobil proqramı işə salmış istifadəçi ayrı-ayrı obyektlərin görüntülənməsini özü təyin edir. Sözügedən texnologiya ikiölçülü (lövhə, proyektor ekranları) və üçölçülü səth (klaviatura, sifət) rejimlərində işləyir.

Görüntülənməsinə icazə verilmiş obyektlərin təsbitindən sonra mobil proqram real vaxt rejimində kompyuter görüntüsü vasitəsilə daxil olan videoaxını skan edir. Həmsöhbətin ekranında yalnız görüntülənməsinə icazə verilmiş təsvir göstərilir, qalan sahələr isə qaraldılır.

Alimlər sınaq rejimində sözügedən proqramı "Android" əsaslı smartfonlarda sınaqdan keçiriblər. Məlumata görə, aktivləşdirilmiş funksiya videonun sürət və effektivliyinə təsir göstərməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.